Fransalı idmançı UFC-nin ağır çəki dərəcəsindəki titulunu qoruyub saxlayib

İdman Xəbər 15 Noyabr 2026 10:51 (UTC +04:00)
Fransalı idmançı UFC-nin ağır çəki dərəcəsindəki titulunu qoruyub saxlayib

Bakı. Trend:

Fransalı idmançı Siril Qan amerikalı Coş Hokiti məğlub edərək Mütləq Döyüş Çempionatının (UFC) ağır çəki dərəcəsində çempionluq titulunu qoruyub.

Döyüş Nyu-Yorkda keçirilib.

Qarşılaşma bütün beş raund davam edib və Siril Qanın hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 36 yaşlı Siril Qanın qarışıq döyüş sənətləri (MMA) üzrə aktivində 15 qələbə və 2 məğlubiyyət var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti