Bitkoin kəskin ucuzlaşıb

İqtisadiyyat Xəbər 15 Noyabr 2026 04:03 (UTC +04:00)
Bitkoin kəskin ucuzlaşıb

Bakı. Trend:

Kapitallaşmaya görə iki ən böyük kriptovalyutanın – Bitkoin və "Ethereum"un dəyəri müvafiq olaraq 6% və 9%-dən çox azalıb.

Bunu "Binance" kriptovalyuta birjasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 02:35-ə olan məlumata görə, Bitkoinin məzənnəsi 6,7% azalaraq 63 777 dollara enib.

Eyni zamanda, "Ethereum"un dəyəri 9,08% azalaraq 1 753 dollara düşüb.

Xəbər lenti

Xəbər lenti