Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzv qəbul edilməsini zəruri hesab etdiyini bildirib.
O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Əminəm ki, Avropanın ən güclü nizami ordusuna malik Ukrayna NATO ilə birlikdə mühüm rol oynayır və alyans çərçivəsində ona layiqli yer ayrılmalıdır”, – deyə o qeyd edib.
Bundan əvvəl “The Economist” qəzeti Ukrayna rəsmiləri arasındakı mənbələrə istinadən yazıb ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təklif olunan planlardan birində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Avropaya qaz tədarükünün bərpasını təklif edib. Bildirildiyinə görə, Kiyevə isə NATO-ya üzvlükdən imtina müqabilində “investisiya paketi” və Avropa İttifaqına üzvlük təklif olunub.