Fransa hökuməti pirotexniki vasitələrin satışına və istifadəsinə qadağa qoyub

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 13:24 (UTC +04:00)
Fransa hökuməti pirotexniki vasitələrin satışına və istifadəsinə qadağa qoyub

Bakı. Trend:

Fransa hökuməti iğtişaşlar zamanı polisə qarşı tez-tez istifadə olunan pirotexniki vasitələrin satışını müvəqqəti olaraq qadağan edib.

Müvafiq qərar Fransa Respublikasının Rəsmi Bülletenində dərc olunub.

“Sənəddə qeyd olunur ki, noyabrın 27-si də daxil olmaqla, həmin tarixədək ölkənin bütün ərazisində müəyyən növ pirotexniki vasitələrin və atəşfəşanlıq məmulatlarının satışı və istifadəsi qadağan edilir.

Qadağan olunan vasitələr sırasına fişənglər, atəşfəşanlıq raketləri, pirotexniki batareyalar, Roma şamları və minaatan tipli pirotexniki yüklər daxildir.

Fransa hökumətindəki mənbənin “Le Parisien” qəzetinə verdiyi şərhdə bildirilir ki, “bu vasitələr artıq bayramlarda istifadə olunmur, onlar insanlara xəsarət yetirmək üçün tətbiq edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti