Fars körfəzində neft daşıyan supertanker batıb

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 18:13 (UTC +04:00)
Fars körfəzində neft daşıyan supertanker batıb

Bakı. Trend:

Fars körfəzinin cənub sularında mina səbəbindən baş verən partlayış nəticəsində 2 milyon bareldən çox neft daşıyan supertanker batıb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, hadisə gəminin Hörmüz boğazını icazə verilməyən cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd etdiyi zaman baş verib. Partlayış və güclü yanğından sonra batan tankerdən əlavə, eyni marşrutla hərəkət edən digər bir gəmidə də yanğın olduğu bildirilir.

İran tərəfi bölgədəki balıqçıları təhlükəsizlik tədbirlərinə riayət etməyə, gəmi sahibləri və şirkətlərini isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamağa çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti