Bak. Trend:
ABŞ kəşfiyyat xidmətlərinin məlumatına görə, İranın hərbi arsenalında indiyədək 1,5 mindən 2,5 minədək raket qala bilər.
Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
“Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ kəşfiyyat ictimaiyyəti İranın arsenalındakı raketlərin sayını 1,5 min–2,5 min arasında qiymətləndirir. Beləliklə, genişmiqyaslı müharibənin yenidən başlaması halında Tehran ABŞ və onun müttəfiqləri ilə əlaqəli hədəflərə zərbələr endirmək üçün əhəmiyyətli imkanlara malikdir”, – deyə WSJ bildirir.
Mənbələr əlavə ediblər ki, İran raket ehtiyatlarını artırmaq imkanlarını da qoruyub saxlayıb. Bununla belə, ölkə 28 fevral 2026-cı ildə ABŞ və İsrailin hücumundan əvvəlki dövrlə müqayisədə raketləri daha yavaş istehsal edə bilər. Bundan başqa, İran silahlı qüvvələrinin sərəncamında çoxsaylı pilotsuz uçuş aparatları və yaxın mənzilli raketlər də var.