Azərbaycan NATO-nun “Xeyriyyə Bazarı”nda iştirak edib (FOTO)

Cəmiyyət Xəbər 15 Noyabr 2026 15:58 (UTC +04:00)
Azərbaycan NATO-nun “Xeyriyyə Bazarı”nda iştirak edib (FOTO)

Bakı. Trend:

NATO mənzil-qərargahında növbəti “NATO Xeyriyyə Bazarı” keçirilib. Ənənəvi olaraq, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib.

Bu barədə Azərbaycanın NATO-dakı Nümayəndəliyindən məlumat verilib.

Məlumata əsasən, 40-a yaxın ölkənin iştirak etdiyi Xeyriyyə Bazarında “Hyatt Regency Baku”-nun sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət edib.

Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti