Azərbaycan gimnastı Çində keçirilən dünya çempionatında bürünc medal qazanıb

İdman Xəbər 15 Noyabr 2026 19:34 (UTC +04:00)
Azərbaycan gimnastı Çində keçirilən dünya çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində 54.850 xal toplayaraq 6-cı pillədən finala yüksəlib.

Həlledici mərhələdə uğurlu çıxışını davam etdirən Ammar Baxşalıyev 55.450 xal toplayaraq bürünc medalın sahibi olub. Yarışda qızıl medalı Yaponiya, gümüş medalı isə Türkiyə təmsilçisi qazanıb.

Bu nəticə Azərbaycan batut gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qalıb. Belə ki, Ammar Baxşalıyev gənclər arasında Dünya çempionatında fərdi proqramda medal qazanan ilk azərbaycanlı batut gimnastı olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti