NATO Ukrayna və maliyyə mübahisələrinə görə Albaniya sammitini ləğv edəcək

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 19:06 (UTC +04:00)
NATO Ukrayna və maliyyə mübahisələrinə görə Albaniya sammitini ləğv edəcək

Bakı. Trend:

NATO hərbi xərclər, İran və Ukraynadakı müharibələrlə bağlı alyans daxilində fikir ayrılıqlarının artması səbəbindən 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan növbəti sammitini ləğv edəcək.

Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata əsasən, Albaniya Baş naziri Edi Rama bildirib: “Sammitin nə vaxt keçiriləcəyi ilə bağlı hələlik ümumi mövqe yoxdur, lakin dəqiq olan odur ki, 2027-ci ildə keçirilməyəcək”. O, həmçinin sammitin 2028-ci ildə keçirilməsi halında onun Tiranada təşkil olunmalı olduğunu qeyd edib.

Öz növbəsində, NATO-nun baş katibi Mark Rutte birbaşa cavab verməkdən yayınaraq, alyansın sammitlərin keçirilməsinə çevik yanaşdığını və onları zərurət yarandıqda təşkil etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti