“SpaceX” noyabrın sonunadək ABŞ-nin daha iki hərbi peyk qrupunu orbitə çıxaracaq

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 23:53 (UTC +04:00)
“SpaceX” noyabrın sonunadək ABŞ-nin daha iki hərbi peyk qrupunu orbitə çıxaracaq
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın “Falcon 9” raketləri noyabrın sonunadək ABŞ Kosmik Qüvvələri üçün daha iki qrup hərbi peyki orbitə çıxaracaq.

Bu barədə raket daşıyıcısının istehsalçısı “SpaceX” şirkətinin məlumatlarında bildirilir.

Məlumata görə, USSF-317 və USSF-226 missiyalarının buraxılışı müvafiq olaraq noyabrın 18-i və 23-nə planlaşdırılıb. Missiyaların faydalı yükləri barədə təfərrüatlar məxfi saxlanılır.

İxtisaslaşmış “Space Launch Now” saytının məlumatına əsasən, söhbət “Starlink” qlobal internet şəbəkəsinin hərbi təyinatlı seqmenti olan “Starshield” peyklərindən gedir. Bu peyklər hədəflərin izlənməsi, optik və elektron kəşfiyyat, raket buraxılışları barədə erkən xəbərdarlıq və təhlükəsiz rabitə məqsədləri üçün nəzərdə tutulub.

Raketlərin Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələr Bazasında yerləşən buraxılış kompleksindən orbitə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, noyabr ayında bu peyklərin orbitə çıxarılması üçün ümumilikdə dörd buraxılış nəzərdə tutulub. Onlardan ikisi – USSF-432 və USSF-627 missiyaları noyabrın 7-si və 12-də uğurla həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti