Bakı. Trend:
Süni intellekt (Sİ) infrastrukturuna investor marağının azalması fonunda iri istehsal, enerji və mədən şirkətlərinin ümumi bazar dəyəri iyun ayından bəri təxminən 4,2 trilyon dollar azalıb.
Bu itkilər həmin şirkətlərin süni intellekt bumu dövründə son 12 ay ərzində bazar dəyərlərinə əlavə etdikləri 9,4 trilyon dolların təxminən yarısını silib.
Belə ki, Amerikanın “Caterpillar” şirkətinin bazar kapitallaşması iyunun 30-da qeydə alınan rekord göstərici ilə müqayisədə 214 milyard dollar azalıb.
Nüvə enerjisi sahəsində fəaliyyət göstərən “Oklo” şirkətinin səhmləri də yanvar ayında “Meta” (Rusiyada ekstremist təşkilat kimi tanınır) ilə müqavilə imzalamasına baxmayaraq, 49 faiz ucuzlaşıb.
Səhm qiymətlərindəki azalma investorların süni intellekt infrastrukturuna yatırılan investisiyaların miqyası və məlumat mərkəzlərinin operatorlarının artan xərcləri əsaslandırmaq imkanları ilə bağlı narahatlıqları ilə əlaqələndirilir.
