ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 22:54 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin noyabrın 16-da Yaxın Şərqə çatacağı gözlənilir.

Gəmi növbəti 24 saat ərzində regionda yerləşən digər iki ABŞ təyyarədaşıyan gəmisinə qoşulacaq.

ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələrinin müraciəti əsasında İranla münaqişədə daha sərt tədbirlər görməkdən çəkinir.

ABŞ dövlət katibi Marko Rubio isə noyabrın 13-də bildirib ki, Vaşinqton hazırda İrana qarşı hərbi əməliyyatların keçirilməsinə ehtiyac görmür. Onun sözlərinə görə, ABŞ tərəfi İranın ciddi iqtisadi zərərə məruz qaldığını hesab edir.

Xəbər lenti

Xəbər lenti