Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” (FOTO)

Cəmiyyət Xəbər 16 Noyabr 2026 00:32 (UTC +04:00)
Bir əsrlik radio, 70 illik televiziya: Heydər Əliyev Sarayında “Yubiley gecəsi” (FOTO)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsert proqramını izləyib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.

Gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri, Əməkdar artistlər və “Rast” qrupu tamaşaçılara musiqi nömrələri təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb. Latviyanın məşhur müğənnisi Layma Vaykule də yubiley konsertində səhnəyə çıxıb.

Tədbir çərçivəsində Azərbaycan Televiziyasının görkəmli aparıcıları televiziya və radio tarixindəki xatirələrini bölüşüblər.

Yubiley gecəsində AzTV-nin zəngin arxiv materialları əsasında hazırlanmış filmlər nümayiş olunub. Həmçinin televiziyanın tamaşaçıların yaddaşında iz qoymuş məşhur teletamaşalarından səhnəciklər təqdim edilib.

Möhtəşəm yubiley gecəsi Azərbaycan Televiziyasının 100 nəfərlik xor kollektivinin və Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti