Praqada 450 minə yaxın insan dövlət mediasının maliyyələşdirilməsi islahatına etiraz edib

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 00:32 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada 450 minə yaxın insan hökumətin dövlət mediasının maliyyələşdirilməsi ilə bağlı islahat planına qarşı etiraz aksiyası keçirib.

Bu barədə “The Insider” nəşri məlumat yayıb.

Məlumata görə, təklif olunan islahat Çexiya radio və televiziyasının tamamilə dövlət büdcəsi hesabına maliyyələşdirilməsini, televiziya və radio üçün abunə haqlarının ləğvini nəzərdə tutur. Bununla yanaşı, dövlətin media qurumlarına ayırdığı vəsaitin 15 faiz azaldılması planlaşdırılır.

Etirazçılar hesab edirlər ki, bu dəyişikliklər mətbuat azadlığına təhlükə yarada və ictimai yayımçıların hökumətdən asılılığını artıra bilər.

Mitinqin təşkilatçıları aksiyanın ölkədə son 37 ilin ən böyük etiraz nümayişi olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti