Keşişin sifarişli qətli - Eks-baş nazirin oğlu məhkəmə qarşısında

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 17:32 (UTC +04:00)
Keşişin sifarişli qətli - Eks-baş nazirin oğlu məhkəmə qarşısında
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Ermənistan İstintaq Komitəsi keçmiş baş nazirin oğlunun keşişin sifarişli qətli işi ilə bağlı təfərrüatları açıqlayıb

Armenia Today xəbər verir ki, Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Abramyanla bağlı cinayət işi üzrə istintaqı başa çatdırıb.

İş üzrə ittiham aktı təsdiqlənməsi və daha sonra məhkəməyə göndərilməsi üçün prokurora təqdim olunub.

Arqam Abramyan 2023-cü il aprelin 30-da keşiş Solomon Vlasyanın sifarişli qətlinə təhrikçilikdə ittiham olunur. İstintaqın versiyasına görə, qətlin sifarişçisi məhz o olub. Bu cinayətə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq Komitəsi həmçinin bildirib ki, qətlin ehtimal olunan icraçısı həbs olunduqdan qısa müddət sonra onun ailəsinin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ailənin demək olar ki, heç bir gəliri olmadığı halda, üç bahalı nəqliyyat vasitəsi aldığı müəyyən edilib.

Xatırladaq ki, Arqam Abramyan hazırda həbsdədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti