Bakı. Trend:
Bakının Sabunçu və Yasamal rayonlarında mağaza və evlərdən oğurluq hadisələri qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2 620 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan həmin mağazanın əməkdaşı Ş.Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən isə 2 000 manat dəyərində mobil telefon oğurlayan N.Rəsulov müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
