Taylandın Phuket adasında yanğın nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 07:47 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandın Phuket əyalətinin Patonq turizm bölgəsində motosiklet icarəsi mağazasında baş verən yanğın nəticəsində 11 nəfər həlak olub.

Bu barədə əyalət polisi məlumat yayıb.

Polisin bildirdiyinə görə, noyabrın 16-da səhər saatlarında motosiklet icarəsi mağazasının yerləşdiyi altı mərtəbəli ticarət binasında yanğın başlayıb. Alov qısa müddətdə qonşu binalara da yayılıb.

İlkin məlumata əsasən, ölənlər arasında xarici turist yoxdur.

Təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir. Polis yanğının başvermə səbəbini müəyyənləşdirmək üçün araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti