Tokio yaxınlığında yeddi avtomobilin iştirakı ilə qəza baş verib

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 07:27 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokionun yaxınlığında yerləşən İbaraki prefekturasında yeddi avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Xilasetmə xidmətlərinin məlumatına görə, qəza yerli magistral yollardan birində qeydə alınıb.

Toqquşan nəqliyyat vasitələri arasında zibil daşıyan yük maşınının da olduğu bildirilir.

Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb.

Polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Xəbər lenti

Xəbər lenti