Bakı. Trend:
“Tesla” şirkəti ABŞ-də sükan və pedalları olmayan tam avtonom “Cybercab” elektromobilini fərdi alıcılar üçün satışa təqdim edib.
Yeni modelin qiyməti 29 990 dollar təşkil edir. Bununla belə, avtomobildən istifadə etmək üçün aylıq 299 dollar məbləğində məcburi avtonom idarəetmə abunəliyi tələb olunur.
Müqayisə üçün qeyd edək ki, “Tesla”nın standart FSD avtopilot sisteminin aylıq abunə haqqı 99 dollardır.
Şirkətin açıqlamasına görə, fərdi şəxslər tərəfindən alınan “Cybercab” avtomobillərini hələlik yalnız “Tesla”nın robotaksi xidmətinin fəaliyyət göstərdiyi məhdud sayda şəhərdə idarə etmək mümkün olacaq.
İlkin mərhələdə satışa çıxarılan avtomobillərin sayı da məhdud olacaq.
