Bakıda güclü külək ağacı aşırıb, evdə köməksiz qalan iki nəfər təxliyə edilib (VİDEO)

Cəmiyyət Xəbər 16 Noyabr 2026 02:28 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunda güclü külək nəticəsində ağacın aşması səbəbindən evdə köməksiz qalan iki nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə S.Əsgərova küçəsində baş verib. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı güclü külək nəticəsində iri gövdəli ağacın aşaraq fərdi yaşayış evinin giriş-çıxışını bağladığı və nəticədə iki sakinin evdən çıxa bilmədiyi müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sakinləri təhlükəsiz şəkildə evdən təxliyə ediblər.

Xəbər lenti

Xəbər lenti