Hörmüz boğazında dəniz minasına düşən tanker yanıb

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 03:29 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazının şərq hissəsində dəniz minasına düşən tankerdə yanğın baş verib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Məlumata görə, boğazın qadağan olunmuş zonasında hərəkət edən tankerin naviqasiya sistemləri sıradan çıxıb.

Hadisə nəticəsində ekipaj üzvlərinin vəziyyəti və ətraf mühitə mümkün ziyan barədə hələlik məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti