Bakı. Trend:
Əfqanıstanın Bədəxşan əyalətində baş verən qar uçqunu nəticəsində iki nəfər həlak olub, altı nəfər xəsarət alıb.
Faciə ölkənin şimalında yerləşən Arqançva rayonunda baş verib.
Məlumata görə, bir qrup işçinin qızıl hasilatı ilə məşğul olduğu dağ yamacında qar uçqunu qeydə alınıb.
Vilayət polisinin sözçüsü Ehsanullah Kamqarın bildirdiyinə görə, yerli hakimiyyət orqanları zərərçəkənlərin vertolyotla təxliyəsini təşkil edib.
Həlak olanların və yaralıların cəsədləri Bədəxşan əyalətinin inzibati mərkəzi olan Faizabad şəhərindəki xəstəxanaya çatdırılıb.
