Bakı. Trend:
Kolumbiyanın cənub-qərbində avtobusun aşması nəticəsində ölənlərin sayı səkkizə çatıb, daha 20 nəfər yaralanıb.
Qəza Florensiya şəhərindən paytaxt Boqotaya hərəkət edən avtobusun 45 nömrəli Milli Magistralda aşması nəticəsində baş verib.
İlkin məlumatlara görə, ölənlər arasında iki uşaq da var. Hakimiyyət orqanları həlak olanların şəxsiyyətini müəyyənləşdirmək və qurbanların dəqiq sayını dəqiqləşdirmək üçün işləri davam etdirir.
Yol polisi, yanğınsöndürənlər və yol xidmətlərinin əməkdaşları xilasetmə və təcili yardım əməliyyatlarını əlaqələndirmək məqsədilə hadisə yerinə cəlb olunublar.
Yaralılar yaxınlıqdakı Neiva şəhərində yerləşən xəstəxanalara çatdırılıblar.
Hakimiyyət orqanları qəzanın səbəblərini araşdırır. İlkin ehtimala görə, sürücü sükan arxasında qısa müddətə yuxuya gedib və nəticədə avtobusa nəzarəti itirib.
