Binəqədidə hasarın aşması nəticəsində qadın ölüb

Hadisə Xəbər 16 Noyabr 2026 09:32 (UTC +04:00)
Binəqədidə hasarın aşması nəticəsində qadın ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Binəqədi rayonunda hasarın aşması nəticəsində 48 yaşlı qadın həyatını itirib.

Trend-in məlumatına görə, hadisə noyabrın 15-də saat 18:30 radələrində Xocəsən qəsəbəsi, Sollar küçəsi 100 ünvanında baş verib.

Sulutəpə qəsəbəsində yaşayan, 1978-ci il təvəllüdlü Samirə Nuriyeva həmin ərazidə piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar onun üzərinə aşıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti