Bakı. Trend:
Azərbaycanda fondların yaradılması zamanı tələb olunan minimum nizamnamə kapitalının 10 min manatdan 100 min manata çatdırılması təklif olunur.
Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, fond yaradılarkən onun nizamnamə kapitalı 10 min manatdan az olmamalıdır.
Təklif olunan dəyişikliyə əsasən isə bu məbləğin ən azı 100 min manat müəyyən edilməsi nəzərdə tutulur.
Beləliklə, dəyişiklik qəbul olunarsa, fond yaratmaq üçün tələb olunan minimum nizamnamə kapitalı 10 dəfə artırılacaq.
