Azərbaycanda investisiya yönümlü xərclərə doqquz ayda 7 milyard manatdan çox vəsait yönəldilib

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 10:16 (UTC +04:00)
Azərbaycanda investisiya yönümlü xərclərə doqquz ayda 7 milyard manatdan çox vəsait yönəldilib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda investisiya yönümlü xərclər üzrə istifadə olunmuş vəsaitin həcmi 7 milyard 284,7 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin 9 aylıq dövrü üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.

Hesabata əsasən, qeyd olunan dövrdə Böyük Qayıdış Proqramı çərçivəsində 1 milyard 761,4 milyon manat vəsait istifadə olunub. Proqram üzrə ümumilikdə 383 layihə həyata keçirilib.

Böyük Qayıdış Proqramı çərçivəsində vəsaitin əsas hissəsi nəqliyyat və sosial sahələrə yönəldilib. Belə ki, nəqliyyat sektoruna 801,4 milyon manat, sosial sahəyə 692,5 milyon manat ayrılıb. Müdafiə və hüquq-mühafizə istiqamətində 94,6 milyon manat, digər sahələr üzrə 82,5 milyon manat, energetika və sənaye sahəsinə 65,9 milyon manat, su təsərrüfatı və meliorasiya işlərinə isə 24,5 milyon manat vəsait istifadə olunub.

Eyni zamanda, Dövlət İnvestisiya Proqramı çərçivəsində 309 layihə üzrə 1 milyard 623,8 milyon manat vəsaitdən istifadə edilib.

Bu proqram üzrə ən böyük vəsait nəqliyyat sektoruna yönəldilib. Belə ki, nəqliyyat layihələrinin maliyyələşdirilməsinə 714,4 milyon manat, su təsərrüfatı və meliorasiya sahəsinə 320,1 milyon manat, digər istiqamətlərə 222 milyon manat, energetika və sənaye sahəsinə 186,2 milyon manat ayrılıb.

Bundan başqa, sosial sahə üzrə layihələrə 87,7 milyon manat, müdafiə və hüquq-mühafizə istiqamətinə isə 93,4 milyon manat vəsait istifadə olunub.

Hesabat dövründə investisiya məqsədləri üçün xarici kreditlər hesabına istifadə edilmiş vəsaitin həcmi 125 milyon manat təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk doqquz ayında investisiya yönümlü xərclərin 3 milyard 899,5 milyon manatı digər əsaslı xərclərin payına düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti