Bakı.Trend:
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayev vəzifəsindən azad edilib.
Qazaxıstanın "Novosti Zakon" portalının məlumatına görə, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Bu vəzifəyə Marat İrmenov təyin olunub.
Yermek Saqimbayev 1967-ci il oktyabrın 11-də anadan olub. O, 1994–2006-cı illərdə Qazaxıstanın milli təhlükəsizlik orqanlarında, 2006–2019-cu illərdə isə Prezidentin Mühafizə Xidmətində müxtəlif vəzifələrdə çalışıb.2021–2022-ci illərdə Dövlət Mühafizə Xidmətinə rəhbərlik edən Saqimbayev 2022-ci ilin yanvarında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub.
