Ölkə üzrə məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür - Nazir müavini

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 10:56 (UTC +04:00)
Ölkə üzrə məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Ölkə üzrə məşğul əhalinin 35%-dən çoxu, həmçinin regionlarda aktiv iqtisadi fəaliyyətin yaratdığı dəyərin 50%-dən çoxu aqrar sektorun payına düşür

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bazar ertəsi günü Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu da aqrar sektorun məşğulluq perspektivindən əhəmiyyətini bir daha göstərir.

“Həmçinin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən də dünya üzrə məşğul əhalinin dörddə biri aqrar sektorun payına düşür.

Aqrar sektor çox vaxt ənənəvi və konservativ bir sahə olaraq xarakterizə olunsa da, aqrar sektorda həm müasir yanaşma və texnologiyaların tətbiqi, həmçinin innovasiyaların tətbiqi son illərdə həm məhsuldarlığın artımına, həmçinin resurslardan səmərəli istifadəyə imkan yaradır.

Bura müasir suvarma sistemləri, müasir texnologiyalar, həmçinin süni zəka əsaslı həllərin tətbiqi sektorda məhsul istehsalı ilə yanaşı həmin məhsuldarlığın da artımına öz töhfəsini verir. Qabaqcıl texnologiyaların tətbiqi həmçinin aqrar sektorda da mütəxəssislərdən fərqli bilik və bacarıqlar tələb edir. Və bir növ uzun illər bu sahədə çalışan mütəxəssis profillərinin dəyişməsinə və mütəxəssislərdən tələb olunan bilik və bacarıqların yenilənməsinə bir zərurət yaradır”,- deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, yaradılan hər yeni iş yeri ölkə iqtisadiyyatının güclənməsinə, ailə büdcəsinin artımına və əhalinin maddi rifahının təmin olunmasına mühüm töhfə verir. Məhz buna görə məşğulluğun artırılması və dayanıqlı təmini dövlət siyasətinin əsas prioritetlərindəndir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti