Süni intellekt təkrarlanan işləri avtomatlaşdıracaq - Cavid Qurbanov

Cəmiyyət Xəbər 16 Noyabr 2026 10:54 (UTC +04:00)
Süni intellekt təkrarlanan işləri avtomatlaşdıracaq - Cavid Qurbanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda ölkədə süni intellekt və yüksək hesablama infrastrukturlarının qurulması, startap ekosisteminin genişləndirilməsi istiqamətində beynəlxalq texnologiya şirkətləri ilə fəal əməkdaşlıq aparılır.

Trend-in müxbiri xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bazar ertəsi Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın yalnız texnologiya istifadəçisi deyil, həm də rəqəmsal məhsul və xidmətlər ixrac edən rəqabətqabiliyyətli ölkəyə çevrilməsi hədəflənir.

“Müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması əsas hədəflərdəndir. Bu məqsədlə icra olunan təhsil və təqaüd proqramları çərçivəsində minlərlə gəncə informasiya texnologiyaları, proqramlaşdırma, məlumatların təhlili və kibertəhlükəsizlik sahələrində bilik və praktiki bacarıqlar qazandırılır.

Bu gün ən çox müzakirə olunan suallardan biri budur: süni intellekt iş yerlərini aradan qaldıracaq, yoxsa yeni imkanlar yaradacaq?

Hesab edirəm ki, əsas məsələ iş yerlərinin sadəcə sayını müzakirə etmək mümkün etmək deyil. Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq, peşələrin məzmununu dəyişəcək, eyni zamanda yeni ixtisaslara tələbat yaradacaq. Ona görə də əsas məqsədimiz insanı texnologiya ilə rəqabətə deyil, texnologiya ilə birlikdə daha məhsuldar işləməyə hazırlamaqdır”,- deyə o vurğulayıb.

Nazir müavini bildirib ki, forum çərçivəsində təşkil edilən istedadlar sərgisi gənclərin öz bilik və bacarıqlarını birbaşa işəgötürənlərə təqdim etməsi üçün mühüm imkan kimi dəyərləndirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti