Türkiyəli iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 11:04 (UTC +04:00)
Türkiyəli iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda təşkil edilən “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbirdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisi, İstanbul Anadolu Yaxası Sənaye Zonası (İAYOSB) və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycanın İstanbulda Baş Konsulluğunun iştirakı ilə ölkəmizin investisiya imkanlarına dair tədbir keçirilib. Tədbirdə Türkiyənin müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.

“Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbirdə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib, bu mövzuda təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev İAYOSB-nin İdarə Heyətinin sədri Murat Çökmez ilə görüşüb. Görüşdə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi 2023-cü ildən fəaliyyət göstərir. Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev daha əvvəl Trend-ə müsahibəsində Türkiyə iş adamlarının Azərbaycana investisiya yatırmasını təşviq etməyin nümayəndəliyin əsas vəzifələrindən biri olduğunu bildirmişdi.

Onun sözlərinə görə, 2025-ci ilin sonunadək Türkiyə iş adamlarının Azərbaycana 30-dan çox səfəri təşkil edilib və bu missiyalar çərçivəsində 200-dən çox iş adamı ölkəyə gəlib. Tağıyev həmçinin Qarabağ və Şərqi Zəngəzurda yaradılan investisiya imkanlarının, dövlət dəstəyi və güzəşt mexanizmlərinin Türkiyəli investorların diqqətinə çatdırıldığını qeyd etmişdi.

Nümayəndə Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsində investisiya əməkdaşlığının və birgə layihələrin əhəmiyyətini vurğulamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti