Tüstüyə görə qonşu ölkələrdən üzr istədi

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 11:18 (UTC +04:00)
Tüstüyə görə qonşu ölkələrdən üzr istədi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İndoneziya Prezidenti Prabovo Subianto ölkədə təxminən dörd ay davam edən və qonşu dövlətlərə də təsir göstərən təbii yanğınların tüstüsünə görə Sinqapur və Malayziyadan üzr istəyib.

Bu barədə "Channel News Asia" informasiya agentliyi məlumat yayıb.

Dövlət başçısı bildirib ki, yanğınlarla mübarizəyə 71 mindən çox insan cəlb olunub. Yanğınlar nəticəsində 16 yanğınsöndürən həlak olub, çox sayda insan xəsarət alıb. Həmçinin iki helikopter itirilib. Subianto yanğınların baş verməsində əli olan şirkətlərə qarşı görülən tədbirlər barədə də məlumat verib.

Hakimiyyət orqanları 17 konsessiya müqaviləsini ləğv edib, 26 şirkət barəsində məhkəmə proseslərinə başlayıb, onlardan 11-nin rəhbərliyinə qarşı ittihamlar irəli sürülüb. Daha 23 şirkətə qarşı da ittihamların irəli sürülməsi planlaşdırılır. Ümumilikdə, polis 104 təşkilatın fəaliyyətini araşdırır.

"Auriqa" ekoloji təşkilatının məlumatına görə, bu ilin yanvar-avqust aylarında yanğınlar nəticəsində 637 min hektardan çox ərazi zərər görüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti