Dotasiyadan asılı rayonumuz qalmayacaq – Sahil Babayev

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 11:52 (UTC +04:00)
Dotasiyadan asılı rayonumuz qalmayacaq – Sahil Babayev
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Növbəti ildə bütün Azərbaycanın bütün rayonları öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq.

Bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur: “Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir”.

Nazir vurğulayıb ki, 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq. Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz-bənd çoxdur.

S.Babayev bildirib ki, büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. Belə ki, növbəti il üçün bu göstərici 90,1 faizə bərabər olacaqdır. Ortamüddətli dövrün sonuna cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur.

“2027-ci il üçün dövlət büdcəsi investisiyayönümlülüyü ilə də diqqəti cəlb edir. Belə ki, 2027-ci il üzrə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir. Bu isə region ölkələrini xeyli qabaqlayır. Həmçinin sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına öz xərclərini tam qarşılayacaq. Beləliklə, ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaqdır. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradacaqdır”, - deyə maliyyə naziri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti