Vətən müharibəsini də təhlil etmişdi: Yuri Podolyaka niyə sanksiyaya düşdü?

Gündəm Xəbər 16 Noyabr 2026 16:36 (UTC +04:00)
Vətən müharibəsini də təhlil etmişdi: Yuri Podolyaka niyə sanksiyaya düşdü?
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Avropa İttifaqı bloqer və hərbi şərhçi Yuri Podolyakaya və "Vremya" xəbər proqramının aparıcısı Vitali Yeliseyevə qarşı sanksiya tətbiq edib.

Bu barədə Avropa İttifaqı Şurasının noyabrın 16-da dərc olunan Rəsmi Jurnalında bildirilib.

Podolyaka Rusiyanın sabitliyi pozan fəaliyyəti ilə əlaqədar sanksiya siyahısına daxil edilən şəxslər sırasına daxil edilib. Aİ Şurasının bəyanatında onun Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini legitimləşdirən narrativlərin yayılmasında iştirak etdiyi qeyd olunub.

Qərara əsasən, Podolyakaya qarşı aktivlərin dondurulması, Avropa İttifaqı ərazisinə giriş və tranzit qadağası tətbiq edilir. Həmçinin Aİ vətəndaşlarına və şirkətlərinə onun birbaşa və ya dolayısı ilə maliyyələşdirilməsi qadağan olunur.

Qeyd edək ki, Yuri Podolyaka Azərbaycan auditoriyasına 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı gəaliyyəti ilə tanıdır. Həmin dövrdə o, Azərbaycan-Ermənistan qarşıdurması, cəbhədəki əməliyyatlar və müharibənin mümkün nəticələri ilə bağlı mütəmadi təhlillər yayımlayıb.

Yuri Podolyaka 1972-ci ildə Ukraynanın Lvov şəhərində anadan olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti