ABŞ-nin "F-35" qırıcısı qəza siqnalı göndərib

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 12:20 (UTC +04:00)
ABŞ-nin "F-35" qırıcısı qəza siqnalı göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ silahlı qüvvələrinin arsenalında olan beşinci nəsil qırıcı təyyarə Oman körfəzi üzərindən uçuş həyata keçirən zaman qəza siqnalı göndərib.

TASS-a bu barədə aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat verib.

"Lockheed Martin F-35A Lightning II beşinci nəsil qırıcı təyyarəsi Asiyadan uçaraq Oman körfəzi üzərindən keçdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisində eniş etmək məqsədilə qəza siqnalı göndərib", – deyə agentliyin həmsöhbəti bildirib.

O, belə bir siqnalın verilməsinin səbəbini açıqlamayıb, lakin təyyarənin artıq regiondakı hərbi bazalardan birinə eniş etdiyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti