Azərbaycan bank sektorunun qarşıdakı dövr üçün prioritetləri açıqlanıb (FOTO)

İqtisadiyyat Press-reliz 16 Noyabr 2026 14:46 (UTC +04:00)
Azərbaycan bank sektorunun qarşıdakı dövr üçün prioritetləri açıqlanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bank sektorunda yeni prioritetlər və risklər müzakirə olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata əsasən, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.

Görüş çərçivəsində cari ilin 9 ayı üzrə bank sektorunun fəaliyyət nəticələri, çağırışlar və inkişaf perspektivləri, eləcə də qarşıdakı dövr üzrə sektor üçün mühüm əhəmiyyət daşıyan prioritetlər nəzərdən keçirilib. Bununla yanaşı, müzakirələrdə qlobal iqtisadi mühitdə baş verən dəyişikliklərin maliyyə sektoruna mümkün təsirləri və onların minimallaşdırılmasına yönəlik addımlar diqqət mərkəzində olub.

Görüşdə həmçinin qarşıdakı dövr üçün bank sektorunda risk əsaslı tənzimləmə və nəzarət sahəsində strateji təşəbbüslər, eləcə də sektorun gündəmində olan digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olub. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil edib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 63 milyard 621,7 milyon manat, cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838,7 milyon manat olub. Sentyabr ayında bankların cəmi aktivləri 1.8%, cəmi öhdəlikləri 1.9%, balans kapitalı isə 1.1% artıb.

Hesabat ayında bankların kredit portfeli 2.6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684, 7 milyon manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.7% (18 milyard 440 milyon manat); ıı) istehlak kreditləri – 30.9% (10 milyard 407,9 milyon manat) və ııı) ipoteka kreditləri – 14.4% (4 milyard 836,8 milyon manat). Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 12% və ya 3 milyard 621,7 milyon manat artıb (2025-ci ilin müvafiq dövrü üzrə artım 6.5% olub).

Məqalədə:

Xəbər lenti

Xəbər lenti