Bakı.Trend:
Aİ Şurası Ukraynaya münaqişənin başlanmasından bəri ən böyük birdəfəlik tranşın – 8 milyard avronun ayrılmasını təsdiqləyib. Bu vəsaitin 5 milyard avrosu 90 milyard avroluq proqram çərçivəsində hərbi maliyyələşdirməyə, qalan hissəsi isə Rusiyanın dondurulmuş aktivlərinin təkrar investisiyasından əldə olunan gəlirlərə aiddir.
Bu barədə TASS Aİ Şurasına istinadən məlumat yayıb.
“Aİ Şurası "Ukraine Facility" proqramı çərçivəsində Ukraynanın yaxın vaxtlarda təxminən 8 milyard avro almasına imkan verəcək qərarı təsdiqləyib”, – deyə bəyanatda qeyd olunub.
Aİ Şurası dəqiqləşdirib ki, bu vəsaitin 5 milyard avrosu 90 milyard avroluq ikiillik proqram çərçivəsində 2026-cı il üçün nəzərdə tutulan maliyyələşdirmədən ayrılacaq.
