Qəbiristanlıqdan 10 min manatlıq mərmər aksesuarlar oğurlandı (FOTO)

Hadisə Xəbər 16 Noyabr 2026 16:33 (UTC +04:00)
Qəbiristanlıqdan 10 min manatlıq mərmər aksesuarlar oğurlandı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda naməlum şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər aksesuarları talayıblar.

Trend-in Qarabağ bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında baş verib.

Kənd sakinləri bildiriblər ki, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarət edən zaman qəbirüstü abidələrə qoyulmuş mərmər gül qablarının yerində olmadığını görüblər.

Hadisə barədə müvafiq qurumlara məlumat verilsə də, sakinlərin sözlərinə görə, indiyədək araşdırmanın nəticəsi ilə bağlı onlara məlumat verilməyib.

Sakinlər oğurlanan əşyaların ümumi dəyərinin 10 min manatdan çox olduğunu bildirirlər. Onlar oğurluq edən şəxslərin yenidən qəbiristanlığa gələrək digər məzarlardanda oğurluq edəcəklərindən narahatdırlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti