Yaponiya iqtisadiyyatı artmır

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 15:55 (UTC +04:00)
Yaponiya iqtisadiyyatı artmır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib.

Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin dərc etdiyi ilkin statistik göstəricilərdə bildirilir.

İyul-sentyabr aylarında ölkənin real ümumi daxili məhsulu (ÜDM) əvvəlki rüblə müqayisədə dəyişməyib. Halbuki iqtisadçılar 0,1 faizlik artım proqnozlaşdırırdılar. İllik ifadədə isə iqtisadiyyat 0,1 faiz kiçilib.

İran müharibəsi fonunda neft qiymətlərinin yüksəlməsi, eləcə də Hörmüz boğazından daşımaların pozulması demək olar ki, bütün neftini idxal edən Yaponiyada biznes və ev təsərrüfatlarının xərclərini artırıb. Yenin zəifləməsi də enerji idxalını bahalaşdıraraq inflyasiya təzyiqini gücləndirib.

Belə ki, təzə ərzaq məhsulları nəzərə alınmadan hesablanan inflyasiya sentyabrda avqustdakı 1,7 faizdən 2,1 faizə yüksəlib və Yaponiya Mərkəzi Bankının 2 faizlik hədəfini keçib.

Hesabat dövründə real fərdi istehlak 0,3 faiz azalıb. Güclü yağışlar və tayfunlar da istehlak fəallığına mənfi təsir göstərib. Xalis ixrac ÜDM artımını 0,6 faiz bəndi azaldıb: idxal 2,5 faiz artdığı halda, ixrac 0,2 faiz geriləyib.

Bununla yanaşı, biznes investisiyaları 1,6 faiz artıb. Rəqəmsal texnologiyalara yüksək tələbat bu artımı dəstəkləyən əsas amillərdən olub.

Analitiklər hesab edirlər ki, iqtisadi artımın zəifləməsi Yaponiya Mərkəzi Bankının dekabrda uçot dərəcəsini yenidən artırmasına mane olmayacaq. İnflyasiya təzyiqlərinin güclənməsi fonunda monetar siyasətin daha da sərtləşdirilməsi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti