Neyroinkişaf pozuntuları olan uşaqlara reabilitasiya dəstəyi artırılmalıdır - Soltan Məmmədov

Siyasət Xəbər 16 Noyabr 2026 17:04 (UTC +04:00)
Neyroinkişaf pozuntuları olan uşaqlara reabilitasiya dəstəyi artırılmalıdır - Soltan Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Autizm spektr pozuntusu, daun sindromu, serebral iflic və digər neyroinkişaf fərqlilikləri, genetik anomaliyalar və beyin zədələnmələri diaqnozu olan uşaqlara reabilitasiya dəstəyinin genişləndirilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac var.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat 2026-cı ildən etibarən səhiyyə sahəsində dövlət proqramlarının İcbari Tibbi Sığorta Fondu hesabına maliyyələşdirilməsini müsbət qiymətləndirərək bu yanaşmanı dəstəklədiyini bildirib.

O, eyni zamanda həssas əhali qruplarına yönəlmiş və davamlı xidmət təminatını tələb edən tədbirlərin uğurlu tətbiqinə nəzarət və monitorinqin vacibliyini vurğulayıb.

S.Məmmədov qeyd edib ki, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic kimi neyroinkişaf fərqlilikləri, genetik anomaliyalar və beyin zədələnmələri diaqnozu olan uşaqlara dövlət tərəfindən reabilitasiya dəstəyi göstərilir.

Lakin son illər bu kateqoriyadan olan uşaqların sayında artım müşahidə edilməsi mövcud dəstəyin genişləndirilməsini zəruri edir.

Deputat bildirib ki, bu istiqamətdə əlavə maliyyə dəstəyinin göstərilməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti