Bakı.Trend:
Fransalı aktyor Jerar Depardye cinsi zorakılıqla bağlı iş üzrə məhkəmənin çıxardığı qərardan verdiyi apellyasiya şikayətini geri götürüb.
RBK-nin verdiyi məlumata görə, aktyor qərarını açıqlayarkən zərərçəkənlərdən üzr istəyib və məhkəmənin hökmünü qəbul etdiyini bildirib.
Depardye etiraf edib ki, əvvəllər çəkiliş meydançalarında vulqar və seksual məzmunlu zarafatlardan istifadə edib. O, bu davranışların başqalarına əziyyət verdiyini qəbul edərək baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, ötən ilin mayında məhkəmə aktyoru 2021-ci ildə “Yaşıl jalüzlər” filminin çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıqda təqsirli bilərək 18 ay şərti həbs cəzasına məhkum edib.
Depardye əvvəllər də cinsi zorakılıqla bağlı ittihamlarla üzləşib. Aktyor isə həmin ittihamları rədd edib.
