"Ərəb genləri olduğu üzündən görünür" - İspaniyanın Baş naziri

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 17:21 (UTC +04:00)
"Ərəb genləri olduğu üzündən görünür" - İspaniyanın Baş naziri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Baş naziri Pedro Sançes parlament seçkiləri ərəfəsində müxalifətdən olan siyasi rəqibi Santyaqo Abaskal haqqında sərt ifadələr işlədib.

Bu barədə "101TV Andalusia" telekanalı məlumat yayıb.

Parlament seçkilərinə iki həftə qalmış "La Séptima" televiziya proqramında o sağçı “Vox” partiyasının lideri Santyaqo Abaskalı irqçi kimi qələmə verib.

“Onun şəxsiyyətində bir ziddiyyət görürəm, çünki o, irqçidir. Ərəblər haqqında çox danışır, amma özünün də ərəb genləri var. Bu, üzündən aydın görünür”, – deyə Sançes bildirib.

İspaniyada parlament seçkiləri noyabrın 29-da keçiriləcək. İctimai rəy sorğularına əsasən, Sançesin rəhbərlik etdiyi sosialistlərin seçkilərdə məğlub olmaq ehtimalı yüksəkdir.

Hökumətin reytinqinin aşağı düşməsinə əhalinin həyat səviyyəsinin pisləşməsi, miqrasiya böhranı, Seuta şəhərinə kütləvi miqrant axını və dəmir yolu qəzaları təsir göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti