"Financial Chain Corporation" 24 illik fəaliyyətini qeyd edib (FOTO)

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 17:22 (UTC +04:00)
"Financial Chain Corporation" 24 illik fəaliyyətini qeyd edib (FOTO)

Bakı. Trend:

Beynəlxalq miqyasda fəaliyyət göstərən Financial Chain Corporation (FCHAIN) noyabrın 1-də təsis edilməsinin 24-cü ildönümünü qeyd edib. Şirkət bu illər ərzində fəaliyyət coğrafiyasını genişləndirərək 22 ölkədə biznes və korporativ müştərilərə peşəkar xidmət göstərən qlobal şirkətə çevrilib.

2002-ci ildən fəaliyyət göstərən FCHAIN müştərilərinə mühasibatlıq, insan resurslarının idarə edilməsi (HR), audit, vergi, əməkhaqqının hesablanması, hüquqi dəstək və biznes məsləhətçiliyi istiqamətlərində xidmətlər təqdim edir.

Şirkət 24 illik fəaliyyəti ərzində beynəlxalq təcrübəsini və xidmət imkanlarını genişləndirməklə yanaşı, işinin əsas prinsiplərini qoruyub saxlayıb. FCHAIN üçün müştərilərin maliyyə göstəricilərinə, biznes qərarlarına və vaxtına məsuliyyətlə yanaşmaq fəaliyyətinin əsasını təşkil edir.

Maliyyə və biznes məsləhətçiliyi sahəsində uzunmüddətli əməkdaşlığın təməlində etimadın dayandığını nəzərə alan şirkət, müştəriləri ilə münasibətlərində davamlı keyfiyyət və yüksək xidmət standartlarına xüsusi önəm verir. Bu günə qədər qazanılan müştəri etimadı FCHAIN-in 24 illik inkişaf yolunun ən mühüm nəticələrindən biridir.

İldönümü münasibətilə şirkət əməkdaşları üçün xüsusi tədbir təşkil olunub. Komanda üzvlərini bir araya gətirən tədbir həm şirkətin əldə etdiyi nailiyyətləri qeyd etmək, həm də kollektivin gündəlik iş mühitindən kənarda birlikdə vaxt keçirməsi üçün fürsət yaradıb.

FCHAIN-in 24 illik inkişaf tarixində komandanın rolu xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdə və departamentlərdə çalışan əməkdaşların peşəkarlığı, birgə səyləri və gündəlik töhfələri şirkətin fəaliyyətinin davamlılığında mühüm rol oynayır.

Şirkət gələcək fəaliyyətində də dəyişən biznes mühitinin tələblərinə uyğun inkişaf etməyi, xidmət keyfiyyətini yüksəltməyi və beynəlxalq bazarlarda mövqeyini gücləndirməyi hədəfləyir. FCHAIN qarşıdakı illərdə də müştərilərinə etibarlı tərəfdaş kimi dəstək göstərməyi və uzunmüddətli əməkdaşlıq münasibətlərini davam etdirməyi qarşısına məqsəd qoyur.

Xəbər lenti

Xəbər lenti