Bakı. Trend:
Oman sahilləri yaxınlığında tankerə hücum edilib və bundan sonra gəmidə yanğın baş verib.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Gəmiçiliyinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Xasəbdən (Oman) 7 dəniz mili şimalda baş vermiş insident barədə məlumat alıb. Üçüncü tərəfin məlumatına görə, Hörmüz boğazından keçən tanker hücuma məruz qalıb. Gəmi hərəkət qabiliyyətini itirib, maşın şöbəsində yanğın baş verib. Ekipaj üzvlərinin təhlükəsiz olduğu bildirilir”, – deyə koordinasiya mərkəzindən bildirilib.