Almaniya və Niderland yığmaları Millətlər Liqasının pley-offuna yüksəliblər

İdman Xəbər 17 Noyabr 2026 02:17 (UTC +04:00)
Almaniya və Niderland yığmaları Millətlər Liqasının pley-offuna yüksəliblər

Bakı. Trend:

Almaniya və Niderland milli komandaları futbol üzrə Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıblar.

Qrup mərhələsinin son turunda Almaniya millisi doğma meydanda Niderland yığmasını böyük hesabla (5:0) məğlub edib. Yunanıstan isə öz meydanında Serbiyaya qalib gəlib (1:0). Almaniya, Niderland və Yunanıstan yığmalarının hər biri 11 xal toplasa da, yunanlar top fərqinə görə rəqiblərindən geri qalaraq pley-offa yüksələ bilməyiblər. Serbiya komandası isə elit diviziondan birbaşa düşməkdən xilas olub.

Hazırda pley-off mərhələsində iştirak edəcək səkkiz komandadan yeddisi məlumdur. Onların arasında Fransa, Belçika, İngiltərə, İspaniya və turnirin hazırkı qalibi Portuqaliya yığmaları da yer alır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti