Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın fiziki şəxslərinə qarşı növbəti sanksiyaların tətbiq edilməsi barədə fərmanlar imzalayıb.
Müvafiq fərmanlar Zelenskinin saytında dərc olunub.
Sənədlərə əsasən, sanksiyalar altı fiziki şəxsə, o cümlədən Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin rəhbər müavini Valentin Kazakova və Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin rəisi Oleq Aqarkova şamil edilib.
Bundan əlavə, sanksiya siyahısına yeddi gəmi daxil edilib.
Sanksiyalar 10 il müddətinə tətbiq olunub.