İsrail Qəzzada HƏMAS-ın dörd hərbi qanad komandirinin məhv edildiyini açıqlayib

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 01:44 (UTC +04:00)
İsrail Qəzzada HƏMAS-ın dörd hərbi qanad komandirinin məhv edildiyini açıqlayib

Bakı. Trend:

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində "HƏMAS" hərəkatının hərbi qanadına daxil olan bölmələrin dörd komandirinin öldürüldüyünü açıqlayıb.

Bu barədə İsrail ordusunun bəyanatında məlumat verilib.

“Cəbaliya bölgəsində SAXAL HƏMAS-ın hərbi qanadının “Qərbi Cəbaliya” batalyonunun taqım komandiri Müəmmən Razek Şanqdalini zərbə nəticəsində öldürüb. Digər əməliyyatlar zamanı SAXAL oktyabrın 7-də törədilən qırğın zamanı İsrail ərazisinə daxil olmuş taqım komandiri Hüssam Salehi, eləcə də iki dəstənin komandirini öldürüb”, - deyə bəyanatda bildirilib.

Bildirilib ki, öldürülən şəxslər “İsrail hərbçilərinə və mülki əhaliyə hücumlar hazırlayır”, həmçinin atəşkəs rejimini sistematik şəkildə pozaraq “HƏMAS-ın döyüş qabiliyyətini bərpa etmək üzərində işləyirdilər”.

SAXAL qeyd edib ki, radikallar havadan endirilən zərbələr nəticəsində öldürülüb və bununla da onlardan qaynaqlanan təhlükə aradan qaldırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti