Bakı. Trend:
Siyəzən rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü iki gün sonra xəstəxanada ölüb.
Trend-in məlumatına görə, noyabrın 14-də Xanqulu Əlbaba oğlu Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayonun Beşdam kəndindən Siyəzən şəhəri istiqamətində hərəkətdə olarkən Mehrac Balaqardaş oğlu Bayramovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə X.Ağayev xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, noyabrın 16-da həmin xəstəxanada ölüb.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
