Bakı. Trend:
Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müəyyənləşib.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.
Qərara əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı gömrük rəsmiləşdirilməsi xərclərinə görə verilən kompensasiyanın məbləği bir ixrac gömrük bəyannaməsi üzrə 1 000 manatdan çox olmayacaq.
Kompensasiyanın yuxarı həddi ixracatçıların gömrük rəsmiləşdirilməsi üçün ödədikləri gömrük yığımlarının məbləğinə uyğun müəyyən edilir.
Beləliklə, ixracatçıya ödənilən kompensasiya faktiki ödədiyi gömrük yığımlarının məbləği qədər olacaq, lakin hər bir ixrac gömrük bəyannaməsi üzrə 1 000 manatı keçməyəcək.
