Bakı. Trend:
İndoneziyanın Maluku vilayətinin adalar bölgəsində 7,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə yerli seysmoloji xidmət məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Aru adasının cənub-qərbində yerləşib.
Yeraltı təkanlar İndoneziyanın bəzi ərazilərində hiss olunub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.