Bakı. Trend:
Böyük Britaniya gələn həftə Avropa İttifaqı (Aİ) ilə Brexit sazişinin daha əlverişli şərtlərlə yenidən razılaşdırılması üzrə danışıqlara başlayacaq.
Bu barədə ölkənin Baş naziri Endi Börnham London Sitinin lord-meri tərəfindən hər il təşkil olunan ənənəvi ziyafətdə çıxışı zamanı bildirib.
“Bu, gələn həftə parlamentə qanun layihəsinin təqdim edilməsini nəzərdə tutur”, – deyə baş nazir bildirib.
“Bu, bizim yeni yanaşmamızı nümayiş etdirir. Qarşıdurma yaratmadan və körpüləri yandırmadan. Əksinə, həm Böyük Britaniya, həm də Aİ üçün faydalı həllə nail olmaq məqsədilə konstruktiv və müsbət şəkildə”, – deyə Börnham əlavə edib.
O, Brüssel ilə aparılacaq danışıqların hökumətin seçkiqabağı proqramına və orada müəyyən edilmiş “qırmızı xətlərə” zidd olmayacağını vurğulayıb.
Qeyd edək ki, hakim Leyboristlər Partiyası 2029-cu ildə keçirilməsi planlaşdırılan növbəti parlament seçkilərinədək Aİ ilə vahid bazara, gömrük ittifaqına və ya sərbəst hərəkət azadlığına qayıdış məsələsini gündəmə gətirməyəcəyinə söz verib.